Reklamlar
loading...
loading...
» » Şəbnəm adını dəyişib nə qoymaq istədi - Atam neçə dəfə infarkt keçirdi...
loading...
Şəbnəm adını dəyişib nə qoymaq istədi - Atam neçə dəfə infarkt keçirdi...
Şəbnəm adını dəyişib nə qoymaq istədi - Atam neçə dəfə infarkt keçirdi...

"Mənim adım göz yaşı və faciədən qoyulmuş addır. Mənası "qaranlıq nəm yer"dir. Bu, mənim xüsusiyyətlərimdən - evdəki qaranlıq və mənim gözyaşlarımdan yaranmış bir addır".

Milli.Az xəbər verir ki, bunu əməkdar artist Şəbnəm Tapdıq "Hər şey daxil"də adının tarxiçəsindən danışarkən deyib.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) xanım ifaçıya "Şəbnəm xanım, düşünürsünüzmü ki, bu ad sizə verilməsəydi, başqa ad qoyulsaydı tam başqa cür olardı həyatınız?" sualı ilə müraciət edib.

Şəbnəm Tapdıq adının uğursuz seçim olduğunu etiraf edib:

"Ondan sonra mənim atam neçə dəfə infarkt keçirdi. Elə bil ki, bu adın özümə də düşməzliyi var. Onsuz da mənim anam heç vaxt məni bu adla çağırmayıb. Həmişə mənə "Şabulya" deyib. İnsanlar məni sevməsəydi götürməzdilər bu adı (Şəbnəm). Bu mənim uğurumdur. Amma mənası ağırdır da, - qaranlıq nəm yer! İndi də o "nəm"i "şeh"ə bənzədirlər. Sonradan istəmişik adımı dəyişib "Şehnəm" qoyaq. O daha məntiqlidir də, şeh və nəm. Şəb nədir axı, qaranlıq".

News.lunar.az

loading...
Baxış: 51
  Bildir