loading...
loading...
» » "Açıq geyinib müştəri axtarırlar" - Nisədən müğənnilərə
loading...
"Açıq geyinib müştəri axtarırlar" - Nisədən müğənnilərə
"Açıq geyinib müştəri axtarırlar" - Nisədən müğənnilərə
Xalq artisti Nisə Qasımova açıq-saçıq geyinən müğənniləri tənqid edib.

news.lunar.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində deyib ki, bir çoxları soyunaraq özünə sevgili tapmağa çalışır:

“Nə qədər açıq geyinsən, yaxan, ayağın açıq olsa, ayıbdır. Açıq-saçıq geyinərək, ayaqlarını nümayiş etdirərək sevgili, müştəri axtarırlar. Biri adını sponsor, biri sevgili qoyur. Biri də deyir arvadından boşatdıracam, gələcəkdə ərim olacam. Sənin peşən müğənnilikdir. Gərək onda həkim də soyunsun? Desin, mənə hər şey olar? Elə düşünməsinlər ki, xanımların geyimlərinə irad tutur, bəyənmirəm”.

N.Qasımova bir vaxtlar özünün də açıq libaslar geyindiyini etiraf edib:

“Sinə dekolteli libaslarımı yox etdim. Açıq-saçıq fotolarımı isə yandırdım. Onlara baxanda əriyirəm. Mən də belə səhvlərə yol vermişəm. İndi istəmirəm onlar ələ düşsün”.
axsam.az
loading...
Baxış: 670
  Bildir