Reklamlar
loading...
loading...
» » Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr.../Video
loading...
Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr.../Video
Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr.../Video

Missiya.Az xəbər verir ki, hadisə nəticəsində 19 nəfər yaralanıb.

Aşan Xan çinarının çox qədim tarixi var. Ağac 1530-cu ildə əkilib. Gövdəsi 7.3 metrdir. Hündürlüyü 34 metrdir. Xan sarayının qarşısında olan çinarlar “Qırmızı kitab”a salındığından onları kəsmək qadağandır.

Çinarlar Şərq çinarı növünə aiddirlər.

Şəkinin tarixi hissəsi, o cümlədən Xan sarayı UNESCO-nun tarixi-mədəni irs siyahısına daxil edilib.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Son günlər ölkədə müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.





News.lunar.az
loading...
Baxış: 118
  Bildir