loading...
loading...
loading...
Liftə ilk xanımlar keçməlidir?
Liftə ilk xanımlar keçməlidir?
Lift dedikdə ilk ağlınıza nə gəlir?


Lifti çağırarkən düyməni ən azından 10 dəfə basan, qapını yumruqlayıb “ee, niyə gəlmire bu?” deyən qonşunuz, liftdən çıxarkən qarşınızda çəpər kimi dayanıb baxışlarıyla “sən canım, qoy mənim keçim içəri sonra sən çıxarsan” deyən mərtəbə yoldaşınız, yoxsa liftdə siqaret tüstülədib ventilyatoru qoşmadan çıxan Mamed dayı?



Əminəm ki, çoxunuzun liftlə bağlı danışmağa çox sözü var. Bəs liftdə davranış qaydaları necə olmalıdır?


1. Liftə ilk qapıya yaxın dayanan girməli və çıxmalıdır. Amma nəzakət xatirinə xanımlara və böyüklərə yol verə bilərsiniz.

2. Əgər yanınızda uşaq varsa, o zaman onlar liftə sonda daxil olub, birinci çıxmalıdırlar. Bu təhlükəsizlik üçündür.

3. Liftdə siqaret çəkmək, uca səslə danışmaq, yanınızdakıları yuxarıdan aşağı süzmək qəti qadağandır. Özünüzə bəzək-düzək vermək də yaxşı sayılmır.

4. Liftdən çıxışa yaxın dayananlar birinci çıxmalıdır. Tələsib, basa-bas yaratmağa ehtiyac yoxdur. Əvvəl-axır hamı ordan çıxacaq.

5. Hər yerdə olduğu kimi, liftdə də yol çıxanlarındır. Daha sonra daxil ola bilərsiniz. Çıxanlara mane olub, onlarla hind rəqsi oynamağa dəyməz.

6. Əgər liftə heyvanla girəcəksinizsə, o zaman dolu olarkən minməyin. Digərini gözləyin.

7. Və ən sonda: liftin düyməsini bir dəfə sıxmaq kifayət edir! İnanın o gələcək, mütləq gələcək!
loading...
Tağ: lift
Baxış: 1 398
  Bildir