loading...
200 mindən çox insan öz qonşusunu polisə verib - Karantin qaydalarını pozub deyə

Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 100-dən çox ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Bu qaydaları pozan şəxslər isə cərimələnir və ya həbs edilirlər.
News.lunar.az Mirror-a istinadla xəbər verir ki, 1 ay ərzində karantin rejiminin pozulması ilə bağlı polisə 200 mindən çox şikayət daxil olub.
Polis idarəsindən verilən məlumata görə, hər 5 saniyədən bir kimsə zəng edərək öz qonşusunun karantin qaydalarını pozduğunu bildirir.
loading...
Bu statistika İngiltərədə, Hempşir qraflığında qeydə alınıb. Belə ki, 4 həftə ərzində 8 minə yaxın insan qonşusuna görə cərimələnib.
"National Police Chiefs' Council"in yaydığı məlumata görə, martın 27-dən aprelin 27-dək polisə 215 mindən çox şikayət daxil olub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Birləşmiş Krallıqda 26771 nəfər koronavirus səbəbi ilə dünyasını dəyişib.
News.lunar.az
loading...
Oxşar xəbərlər
Reklam
loading...
Reklam
loading...