loading...
loading...
loading...
Qubada iki avtomobili sel apardı
Qubada iki avtomobili sel apardı

Qubada sel sakinlərə ziyan vurub.

loading...




YoungPress.az xəbər verir ki, hadisə Vəlvələ çayının rayonun Yerfi və Dərk kəndləri ərazisindən keçən hissəsində baş verib. Şahidlərin sözlərinə görə, çaydan keçmək istəyən iki avtomobil sel sularına tuş gəlib. Nəticədə “Niva” və "UAZ" markalı iki avtomobil çayda batıb.

Avtomobildə olan şəxslər xilas olunsa da, nəqliyyat vasitələri sel sularının altına qalıb. Daha sonra əraziyə xüsusi texnikalar cəlb edilib. “Niva” markalı avtomobili çıxarmaq üçün əraziyə gələn “QAZ 66” markalı avtomobilin cəhdi isə uğursuz alınıb.

Ardınca traktor vasitəsi ilə avtomobilləri çıxarmaq mümkün olub. "UAZ" markalı avtomobil tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.



News.lunar.az
loading...
Baxış: 262
  Bildir